Hərəkətsizlikdən yaranan risk amilləri hansılardır? - CAVAB

Hərəkətsizlikdən yaranan risk amilləri hansılardır? - CAVAB
XXI əsrdə insanlar əməyin avtomatlaşdırılması ilə əlaqədar getdikcə daha çox zamanının böyük hissəsini oturaq vəziyyətdə keçirir. Ofis işi, tıxaclarda saatlarla qalmaq, asudə vaxtlarınızda televizor və ya kompüter qarşısında saatlarla oturmaq...
Bütün bunlar ürək-damar sisteminin pozulması, oynaq ağrısı, piylənmə və bir çox digər xəstəliklərə fon yaradır.
Maraqlıdır, hərəkətsizlik zamanı yaranan risk amilləri hansılardır?
Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov danışıb. 
Onun sözlərinə görə, hərəkət etmə qabiliyyəti aşağı olan insanlar passiv həyat tərzi keçirirlər:
"Belə həyat tərzi keçirən insanlarda piylənmə, yüksək xolesterin səviyyəsi, ürək-damar xəstəlikləri, insult və 2-ci tip şəkərli diabet kimi xəstəliklərin yaranma riskinin yüksək olduğu və bu xəstəliklərin insanın həyat fəaliyyətinə mənfi təsir etdiyi elmə çoxdan məlumdur. Eyni zamanda, bu insanlarda əhval-ruhiyyənin aşağı olması müşahidə olunur və onlar qeyri-sağlam həyat tərzinə meyllidirlər.
Unutmamalıyıq ki, yaş faktoru və artıq çəki oynaq xəstəliklərinin səbəblərindəndir. Ona görə də fiziki passiv insanlarda oynaq xəstəliklərinə daha tez-tez rastlanır".
Gundelik-Baku.Org