Arıqlamağın 5 sadə yolu - DİETOLOQ AÇIQLADI

Arıqlamağın 5 sadə yolu - DİETOLOQ AÇIQLADI
Dietoloq Melissa Mitri arıqlamağın 5 sadə yolunu açıqlayıb.
Xarici mətbuat xəbər verir ki, dietoloq arıqlamaq üçün səhər yeməyində daha çox protein qəbul etməyi və spirt istehlakını azaltmağı bildirib.
Onun sözlərinə görə, səhər yeməyində yeyilən protein orqanizmdə toxluq hissini daha uzun müddət saxlamağa kömək edir:
"Pəhriz zamanı spirtli içkilərdən uzaq durmaq lazımdır. Çünki spirt boş kalori, şəkər ehtiva edir və şişkinliyə səbəb ola bilər. Bundan əlavə, pəhriz zamanı zərərli yeməklərdən uzaq durmaq daha çətindir. Xüsusilə şəkəri yüksək olan qidalardan da uzaq durmaq məsləhətdir. Mütləq yeməkdən əvvəl bir stəkan su içmək lazımdır. Çünki su həzmi yaxşılaşdırmağa kömək edir, enerji verir və iştahı azaldır.
Araşdırmalara görə, yeməkdən əvvəl 200 mililitr su içənlərin daha az yediyi və daha çox doyduğu məlum olub". 
Gundelik-Baku.Org