Bu qidalar insanları xoşbəxt edir

Bu qidalar insanları xoşbəxt edir
Mütəxəssislər qidanın psixoloji, zehni və emosional sağlamlığımız üçün vacib olduğunu iddia edirlər. Belə çıxır ki, özünüzü şadlandırmaq üçün yalnız müəyyən qidaları yemək lazımdır.
Xarici mətbuat xəbər verir ki, bir sıra əhəmiyyətli komponentləri ehtiva edən qidalar əhvalımıza müsbət təsir göstərə bilər.
Yaxşı əhval-ruhiyyə üçün ilk növbədə antioksidanlar lazımdır. Onlar müxtəlif meyvə və tərəvəzlərdə olur. Antioksidantlar orqanizmdə oksidləşmə prosesini azaltmağa kömək edir. Bu da öz növbəsində depressiyadan qoruyur. 
Brokoli, ispanaq kimi qidalar sizi depressiyadan və güc itkisindən xilas edəcək. Çünki bu cür qidaların tərkibində fol turşusu var. Bu turşu xoşbəxtlik hormonu olan serotoninin istehsalı üçün lazımdır. 
Gundelik-Baku.Org