Qışda dərini qoruyan qidalar

Qışda dərini qoruyan qidalar
Qış aylarının gəlişi ilə soyuq havaların dəriyə təsiri daha sərt hiss olunur. 
Qışda soyuq havanın təsiri ilə dəri nəmini daha tez itirir. 
Quru dəri də müxtəlif dəri problemlərinə (quruluq, qaşınma, qızartı, qıcıqlanma, soyulma) səbəb olur. Ancaq qışda dərini soyuq havadan qorumağın bir yolu var. Vitamin və mineral dəyərləri yüksək olan qidalar sayəsində dərinizi qoruya və gücləndirə bilərsiniz.
Bu qidalar dərini daha davamlı edir və dəri problemlərinin yaranmasının qarşısını alır. 
Portağal
Portağal qış mövsümünün əvəzolunmaz meyvələrindən biridir. Portağal C vitamininin böyük mənbəyi olduğu üçün immunitet sistemini də gücləndirir.
Qışın soyuğunda günə bir portağal və ya bir stəkan portağal suyu içməklə başlamaq dəri sağlamlığı üçün son dərəcə faydalıdır. Portağal yemək və ya portağal suyu içməklə dərinizi daha güclü və parlaq edə bilərsiniz.
İspanaq
İspanaq dadlı qış tərəvəzləri arasındadır. İspanağın tərkibində bol miqdarda C və K vitaminləri var. Bu qida həmçinin çox yaxşı bir kalium mənbəyidir.
İspanaq da zamanla bədəndə kollagen istehsalının azalmasını dəstəkləyir. İspanaq istehlak etməklə bütün qış boyu dərinizi qoruya bilərsiniz. Bununla yanaşı həmçinin dərinin təbii nəm ehtiyacını ödəməyə kömək edir. Beləliklə, qış aylarında soyuq havalara qarşı daha davamlı bir dəriyə sahib olacaqsınız.
Qırmızı bibər
Qırmızı bibərin tərkibində A, C, K və E vitaminləri var. Qışda dərini qoruyan möcüzəli qidalar arasında qırmızı bibər də var.
Qırmızı bibərin tərkibindəki sıx K vitamini sayəsində kollagenin istehsalını dəstəkləyir. E vitamini ilə dəridə nəm saxlayır və quruluq problemini aradan qaldırır. Dərinin səthində iltihabın qarşısını alır.
Badam
Badam E vitamini ilə çox zəngindir. Tərkibində dəri üçün faydalı olan sağlam yağlar da var. E vitamini ilə zəngin badam bu xüsusiyyəti sayəsində dəri sağlamlığını qorumağa kömək edir.
Xüsusilə dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Qırışlar və incə xətlər kimi yaşlanma əlamətlərini azaldır.
Hər gün 1 ovuc badam yeyərək soyuq qış aylarında dərinizi daha güclü edə bilərsiniz.
Gundelik-Baku.Org