Ananasın bilmədiyimiz FAYDALARI

Ananasın bilmədiyimiz FAYDALARI
Mütəxəssislər ananasın xərçəng riskini azaltdığını və böyrək daşlarının qarşısını aldığını bildirirlər.
Xarici mətbuat xəbər verir ki, yay aylarında bazarda çoxlu meyvə çeşidi olsa da, ananas bir çox sağlamlıq faydaları ilə seçilir. Ananas iltihabı azalda bilən antioksidantlar və fermentlərlə zəngindir. Həmçinin kalium, kalsium, manqan, fol turşusu, fosfor, sink, A vitamini və K vitamini ilə zəngindir. 
Ananas liflə zəngin, az kalorili və karbohidratlı olduğu üçün arıqlamaq üçün ideal meyvədir. O, iştahı idarə etməyə və həddindən artıq yemək yeməyin qarşısını alır. Bundan başqa ananasın yüksək lif və su tərkibi də qəbizliyin qarşısını alır.
Gundelik-Baku.Org