Xərçəng riskini azaldan qidalar

Xərçəng riskini azaldan qidalar
Vərdişləri düzgün formalaşdırsanız, xərçəng başda olmaqla ciddi xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azalda bilərsiniz.
Mütəxəssislər hesab edirlər ki, pis vərdişlər insanların ömrünü azaldır.
Bəs, xərçəng xəstəliyi riskini azaldan qidalar hansılardır?
Tərəvəzlərə daha çox üstünlük verin
Nə qədər çox tərəvəz yeyirsinizsə, sağlamlığınız üçün bir o qədər yaxşıdır. Bu kateqoriyaya aid bir çox məhsul xərçəng əleyhinə güclü təsirə malikdir.
Zərərli qidalardan uzaq durun
Fast food və bunun kimi bir çox zərərli qidalar xərçəng, diabet, piylənməyə səbəb ola bilər. 
Şəkəri məhdudlaşdırın
Tərkibində həddindən artıq şəkər olan məhsulların istehlakı xərçəngə tutulma riskini artıra bilər. Buna görə şirniyyatların istehlakını mümkün olduğu qədər azaltmaq lazımdır.
Şəkəri giləmeyvə və meyvələrlə əvəz etmək daha yaxşıdır.
Gundelik-Baku.Org