Dünyanın ən faydalı 20 qidası

Dünyanın ən faydalı 20 qidası
Dünyanın ən faydalı 20 qidasının adı açıqlanıb.
Xarici mətbuat xəbər verir ki, 1000 növ xam qida maddəsini araşdıran tədqiqatçılar orqanizmə lazım olan ən vacib qidaları sıralayıblar.
1. Qırmızı kələm
Qırmızı kələm K vitamini ilə zəngindir. Beyinin funksiyasını yaxşılaşdırır. 
2. Çia toxumu
Bu kiçik qara toxumlar liflə zəngindir və tərkibində protein, linolenik turşu, fenolik turşu və müxtəlif vitaminlər var.
3. Balqabaq toxumu
Dəmir və manqanın ən mühüm bitki əsaslı mənbələrindən biridir.
4. Pazı
Tərəvəzlərə parlaq rəng verən maddələrlə zəngin olduğu üçün pazı antioksidant tərkibi də yüksəkdir.
5. Çuğundur yarpağı
Şəkər çuğunduru bitkisinin yarpağıdır. Kalsium, dəmir, K vitamini və B qrupu vitaminləri (xüsusilə riboflavin) baxımından əhəmiyyətli bir bitkidir.
6. Qurudulmuş cəfəri
Qurudulmuş və ədviyyat kimi istifadə olunmaq üçün qurudulmuş cəfəri bor, flüor və kalsium baxımından zəngindir, sümük və diş sağlamlığı üçün əhəmiyyətlidir.
7. Qurudulmuş kərəviz
Qurudulmuş kərəviz dadlandırıcı kimi istifadə olunur. Vitaminlər, minerallar və amin turşularının mühüm mənbəyidir.
8. Acıqıjı
Bu bitki mineral çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunur.
9. Naringilər
Sitrus meyvələrindən yüksək şəkər tərkibli bu meyvə karotenoidlər və A vitamini ilə zəngindir.
10. Noxud
Böyük miqdarda fosfor, maqnezium, dəmir, sink, taxıl və lif var.
11. Yaşıl soğan
Mis, fosfor və maqneziumla zəngin yaşıl soğan da K vitamini mənbəyidir.
12. Zəncirotu
Zəncirotu A və C vitaminləri və kalsiumla zəngindir.
13. Çəhrayı qreypfrut
Çəhrayı qreypfrutda onun dilimləri karotenoid və likopen piqmentlərinin yığılması nəticəsində qırmızımtıl rəng alır.
14. Badam
Doymamış yağ turşuları ilə zəngin olan badamın ürək-damar sağlamlığı və diabet üçün faydalı olduğu bilinir.
15. İspanaq
Maqnezium, folat, A vitamini və karotenoidlərlə zəngin olan dondurulmuş ispanaq daha qidalıdır.
16. Qırmızı istiot
A, C, E vitaminləri, fenolik birləşmələr və karotenoidlərlə zəngindir.
17. Reyhan
Ürəyi qoruyan təsirli ot kimi tanınır. Göbələk və bakteriyalara qarşı təsirli olduğu düşünülür.
18. Kələm
Kələm C vitamini ilə xüsusilə zəngindir. Bu vitaminin miqdarı kələmdə sitrus meyvələrdə olandan da çoxdur.
19. Acı bibər
Acı bibər kapsaisinoidlər, karotenoidlər və askorbin turşuları və antioksidantlarla zəngindir.
20. Uzun saplı brokoli
Bildiyimiz brokolidən fərqlidir. Gövdəsi uzun və çiçək hissəsi daha kiçik olan bu tərəvəzdir.
Gundelik-Baku.Org