Hava limanınına partlayıcı qurğu gətirən şəxs həbs edildi

Hava limanınına partlayıcı qurğu gətirən şəxs həbs edildi
ABŞ-ın Pensilvaniya ştatında hava limanına partlayıcı qurğu gətirməkdə ittiham olunan şəxs saxlanılıb.
Hadisə Lehigh Valley Beynəlxalq Hava Limanında baş verib.
Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) rəsmiləri adi tarama zamanı 40 yaşlı Mark Muffli adlı şəxsin çantasında partlayıcı qurğu aşkar ediblər. 
Cihaz aşkar edildikdən sonra səlahiyyətlilər FTB əməkdaşlarını və bomba mütəxəssisini çağırıb. Müvafiq ittiham hesabatında şübhəlinin təkərli çamadanının astarına gizlədilən 7,5 santimetrlik cihazda partlayıcı toz və fitil tapıldığına dair məlumatlar olub. 
Həbs edilən şəxs məhkəməyə çıxarılacaq.
Gundelik-Baku.Org