Mağazalarda partlayıcı pirotexniki vasitələr aşkarlandı

Mağazalarda partlayıcı pirotexniki vasitələr aşkarlandı
Bərdədə mağazalarda partlayıcı pirotexniki vasitələr aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazalarda partlayıcı pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib.
Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər. 
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gundelik-Baku.Org