Terrorçularla birgə şəkli yayılan bələdiyyə işçisi həbs olundu

Terrorçularla birgə şəkli yayılan bələdiyyə işçisi həbs olundu
İstanbul Böyükşəhər Bələdiyyəsi işçisinin terrorçu qruplarla silahlı fotosu yayılıb. 
Türkiyə KİV-ləri xəbər verir ki, Şafak Duran adlı vəzifəli PKK teror təşkilatına üzv olmaq ittihamı ilə hakim qarşısına çıxarılıb. 
O, özünü müdafiə edərək fotonun ona aid olmadığını bildirib: "İddia edilən fotoşəkil mənə aid deyil və oradakı şəxs mən deyiləm. Mən bunu qətiyyən qəbul etmirəm. Şəkildəki insanları da tanımıram".
Rəqəmsal müayinə hesabatlarında fotodakı şəxsin və Şafak Duranın siması ilə müqayisə edildiyi və nəticədə fotodakı şəxsin Şafak Duranla eyni şəxs olması sübut edilib. Məhkəmə heyəti şübhəlinin həbs qətimkan tədbirinin davam etdirilməsinə qərar verib. 
Gundelik-Baku.Org