Serbiyada terror törətmək istəyən şəxs saxlanıldı

Serbiyada terror törətmək istəyən şəxs saxlanıldı
Serbiyanın cənubundakı Buyanoviç şəhərində terror törətməkdə ittiham edilən şəxs saxlanılıb. 
Serbiya polisinin keçirdiyi əməliyyat çərçivəsində terror cinayəti törətməkdə şübhəli bilinən alban əsilli şəxs saxlanılıb. Axtarış zamanı  şəxsin evindən silah, tüfəng, partlayıcı maddələr və hərbi sursat götürülüb.
Şübhəli şəxs barəsində cinayət işi açılıb. 
Gundelik-Baku.Org