Polisin axtardığı şəxs aeroportda tutuldu

Polisin axtardığı şəxs aeroportda tutuldu
Heydər Əliyev Beynəlxalq Hava limanında axtarışda olan şəxs saxlanılıb.
 
“Qafqazinfo” xəbər verir ki, barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri (Dələduzluq) ilə axtarış elan edilmiş Sərxanlı Ceyhun İslam oğlu hava limanı ərazisində tutulub. O, aidiyyəti üzrə təhvil verilib.
C.Sərxanlının ətrafında araşdırmalar aparılır.
Gundelik-Baku.Org