Müğənninin konserti zamanı bomba həyəcanı

Müğənninin konserti zamanı bomba həyəcanı
"Ruh musiqisinin xaç anası" kimi tanınan məşhur müğənni Patti La Belle Viskonsin ştatında konsert verərkən,həyəcanlı anlar yaşanıb.
“The Guardian” xəbər verir ki, konsert zamanı məkan bomba təhlükəsi ilə üzləşib və müğənni mühafizəçilər tərəfindən dərhal səhnədən uzaqlaşdırılıb.Təxminən 2500 nəfərlik zal bir neçə dəqiqə ərzində boşaldılıb.
Əraziyə təhlükəsizlik qüvvələri sövq edilib.Polisdən verilən yazılı açıqlamada məkanda partlayıcı qurğu tapılmadığı bildirilib. 
  • Müğənninin konserti zamanı bomba həyəcanı - FOTO

Gundelik-Baku.Org