ABŞ-da təyyarə radardan itdi

ABŞ-da təyyarə radardan itdi
ABŞ-ın Nyu-York ştatında tək mühərrikli təyyarə hava limanına yaxınlaşarkən radardan itib. 
Bu barədə ştat polisi məlumat yayıb. 
Hadisə Vestçester əyalətində baş verib. Məlumata görə, təyyarə hava limanına gedərkən idarəetmə qülləsi ilə əlaqəni kəsdikdən sonra radardan itib. Təyyarədə olan insanların dəqiq sayı hələlik məlum olmasa da, onların altı nəfər olduğu deyilir. Hazırda hava limanı ərazisində axtarış aparılır.
Gundelik-Baku.Org