Kosovoda hava limanı bomba təhlükəsi səbəbindən BAĞLANDI

Kosovoda hava limanı bomba təhlükəsi səbəbindən BAĞLANDI
Kosovonun paytaxtı Priştinada "Adem Cashari" hava limanı bomba təhlükəsindən sonra müvəqqəti olaraq bağlanıb.
Xarici KİV xəbər verir ki, Kosovo polisinin verdiyi açıqlamaya görə, səhər saatlarında "Adem Cashari" hava limanında bomba təhlükəsi yaranıb.
Bildirişdən sonra Kosovo polisi müvafiq qurumlarla əməkdaşlıq və koordinasiya şəraitində tədbirlər görüb.
Açıqlamada, "Təhlükəsizlik məqsədilə hava limanı müvəqqəti olaraq bağlanıb. İstintaq, nəzarət və təhlükəsizlik tədbirləri üçün müvafiq bölmələr hərəkətə gətirilib", - qeyd olunub. 
Gundelik-Baku.Org