Rusiyada zavodda partlayış: Ölən və yaralananlar var

Rusiyada zavodda partlayış: Ölən və yaralananlar var
Rusiyanın Samara vilayətindəki Çapaevski Mexaniki Zavodunda partlayış baş verib.
TASS xəbər verir ki, partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.  
Çapayev adına Mexanika Zavodunda detonator qapaqları, pirotexniki relelər, partlayıcı şnurlar, möhürlənmiş partlayıcı patronlar və digər məhsullar istehsal olunur.
Gundelik-Baku.Org