Ölkəyə gizli yolla 14 ədəd "İphone" keçirmək istədilər

Ölkəyə gizli yolla 14 ədəd "İphone" keçirmək istədilər
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 14 ədəd mobil telefonun qanunsuz şəkildə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində 14 ədəd mobil telefonun qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Belə ki, “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunun gəliş zalında şübhəli hərəkətləri ilə diqqət çəkən şəxs nəzarətə götürülüb. Həmin şəxs gömrük ərazisini tərk edərkən gömrükçülər tərəfindən saxlanılıb və yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun üzərindən gömrük nəzarətindən gizlədilən 8 ədəd “İphone 14 Pro” və 6 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org