Ağdaşda pirotexniki vasitələr satan şəxs saxlanıldı

Ağdaşda pirotexniki vasitələr satan şəxs saxlanıldı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ayaz Həsənov istifadəsində olan “Mercedes” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan təxmini 4 min manat dəyərində külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.
Ayaz Həsənov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Gundelik-Baku.Org