Azərbaycandan qaçan şəxs Belarusda tutuldu - Foto

Azərbaycandan qaçan şəxs Belarusda tutuldu - Foto
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Belarusda həbs edilib.

Yasamal Rayon Məhkəməsinin qərar ilə axtarışa verilən və Cinayət Məcəlləsinin 178.3.2 və 320-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə və sənədlərin saxtalaşdırılması) maddələri üzrə ittiham olunan 1975-ci il təvəllüdlü Məhərrəmov Ağasəmid Fərzulla oğlu Belarus ərazisində saxlanılıb.

Onun Azərbayacana ekstradisiya edilməsi məqsədilə tədbirlər həyata keçirilir.

Gundelik-Baku.Org