Penaltini qaytaran qapıçı ÖLDÜ

Penaltini qaytaran qapıçı ÖLDÜ
Belçikanın "Winkel Sport" həvəskar futbol klubunun 25 yaşlı qapıçısı Arne Espil oyun zamanı huşunu itirib. 
Xarici KİV xəbər verir ki, hadisə qolkiperin "Vestrozebek"lə oyunda təyin olunan penaltini geri qaytardıqdan sonra baş verib. 
Espilin yerə yıxılmasından sonra dərhal oyun dayandırılıb, futbolçuya meydançada köməklik göstərilib. Buna baxmayaraq, xəstəxanaya gedən yolda gənc qapıçının ürəyi dayanıb. 
Espilin ölümünün səbəbləri dəqiqləşdirilir.
Gundelik-Baku.Org