Amerikalı futbolçunun matç zamanı ürəyi dayandı

Amerikalı futbolçunun matç zamanı ürəyi dayandı
Şimali Amerika Milli Futbol Liqasının (NFL) “Baffalo” klubunun oyunçusunun matç zamanı ürəyi dayanıb.
Hadisə “Sinsinnati” ilə matçda baş verib.
24 yaşlı Damar Hemlin adlı oyunçu rəqib komandanın oyunçusu ilə toqquşduqdan sonra yıxılıb və sonra huşunu itirib. Sahəyə qaçan həkimlər ona ürək-ağciyər reanimasiyası ediblər. Daha sonra Hemlin Sinsinnati Tibb Mərkəzinə aparılıb.
Futbolçunun vəziyyətinin ağır olduğu bildirilib.
Hemlin NFL-də ikinci mövsümünü keçirir.

Mənbə: TASS
Gundelik-Baku.Org