17 yaşlı futbolçu zəhərlənib öldü - YENİLƏNİB

17 yaşlı futbolçu zəhərlənib öldü - YENİLƏNİB
OMİK gənclərdən ibarət qadın futbol klubunun qapıçısı Viktoriya Vinoqradova naməlum maddədən zəhərlənərək ölüb. 
Rusiya mediası bildirir ki, "Shot" Telegram kanalında yeni detallar ortaya çıxıb.
Mənbənin məlumatına görə, 17 yaşlı futbolçu Volqoqradda rəfiqəsinin evində olub. Onun meyitini dostunun babası aşkar edib və təcili yardım çağırıb. Həkimlər idmançının dostunu həyata qaytara bilsələr də, Vinoqradovanı xilas etmək mümkün olmayıb. Rəfiqəsi bir gün reanimasiyada qaldıqdan sonra özünə gəlsə də, axşam baş verənləri xatırlamır.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildən çəkisi təxminən 0,3 qram olan metadon paketi götürüblər. Futbolçunun ölümünün son səbəbini ekspertiza göstərəcək.
***
14:30
Qadınlardan ibarət OMİK futbol klubunun gənclərdən ibarət komandasında çıxış edən qapıçı Viktoriya Vinoqradova 18 yaşında dünyasını dəyişib.
Rusiya mediası bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Ölüm səbəbləri barədə məlumat verilməyib. Futbolçunun məzuniyyətdə olduğu qeyd edilir.
Vinoqradova 2022-ci il mövsümündə OMİK-in gənclərdən ibarət heyətinə daxil edilib, lakin heç bir oyunda meydana çıxmayıb. Komanda turnir cədvəlində yeddinci yeri tutub.
Gundelik-Baku.Org