Futbol zamanı DƏHŞƏT - Hakimi İLDIRIM VURDU

Futbol zamanı DƏHŞƏT - Hakimi İLDIRIM VURDU
Filippində keçirilən futbol oyununda hakimi meydanın ortasında ildırım vurub.
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində 24 yaşlı hakim Çarli Panes huşunu itirib. 
Xoşbəxtlikdən faciənin qarşısı alınıb. Hakimə tibbi yardım göstərilib, vəziyyəti stabildir və tam sağalacağı gözlənilir.
Hakim hadisəni belə nəql edib:
“Birdən huşumu itirdim. Bədənimdə çox isti hiss etdim. Hazırda sağalmaq üçün dincəlirəm. Şimşəyin öldürə bilmək gücünü nəzərə alıb, sağ olduğum üçün xoşbəxtəm. Yaxşılaşan kimi hakimlik vəzifəmi davam etdirəcəyəm. Mən bu oyunu bitirəcəm”.
Gundelik-Baku.Org