Arvadı “polis ol” dedi, qulaq asmadı: İndi görün o kimdir?

Arvadı “polis ol” dedi, qulaq asmadı: İndi görün o kimdir?
2022-ci il dünya çempionatında Hollandiyanın qapıçısı Andries Noppertin həyat hekayəsi kifayət qədər maraqlıdır. Həyat yoldaşının "Futboldan get, polis ol" dediyi təcrübəli qapıçının çıxış etdiyi milli komanda bu gün 1/4 final oyununda Argentina ilə qarşılaşacaq.
Xarici media xəbər verir ki, dünya çempionatının finalına geri sayım davam etdikcə, həyəcan hədsiz dərəcədə artır. Dörddəbir final vizası alan Hollandiyada qurtarışları ilə seçilən qapıçı Andries Noppert maraqlı həyat hekayəsi ilə diqqət çəkir.
Həyat yoldaşı 3 il əvvəl klubsuz qalanda boyu 2.03 metr olan qapıçıya “Futbolu burax, polis ol” məsləhətini verib. Lakin həyat yoldaşının sözünə qulaq asmayan Noppert sabah dünya çempionatının 1/4 finalında Hollandiyanın qapısını qoruyacaq.
Andries Noppert bu şansa görə məşqçi Lui Van Qala borclu olduğunu söyləyib. Uğurlu qapıçı kritik oyundan əvvəl verdiyi müsahibədə bunları söyləyib: "Kiçik uşaq olanda dünya çempionatında oynamaq arzusunda idim. Amma karyerama nəzər saldıqda bunun mümkünsüz bir arzu olduğunu söyləmək çətin deyil. Amma mübarizəni dayandırmadım və məni milliyə çağırmağa cəsarət edə biləcək yeganə adam Hollandiyaya rəhbərlik edir”.
Təcrübəli qapıçının növbəti arzusu 1/4 finalda Lionel Messinin penaltisini dəf etməkdir.
"Mən hər zaman penaltilərə hazıram. Amma biz əvvəlki oyunlarda görmüşük ki, Messi penaltini qaçıra bilər. O da bizim kimi insandır. Təbii ki, o, çox yaxşı oyunçudur, amma əminəm ki, onun penaltisini dəf edə bilərəm”, - Noppert deyib.
Gundelik-Baku.Org