Məşq zamanı "infarkt" keçirən futbolçu öldü

Məşq zamanı "infarkt" keçirən futbolçu öldü
"Atletiko Tucuman" futbol klubunun yarımmüdafiəçisi Andres Balant vəfat edib. 
Bu barədə Kolumbiya Futbol Federasiyası açıqlama yayıb. 
O, 22 yaşında dünyasını dəyişib.
Məlumata görə, futbolçu komandasının məşqi zamanı huşunu itirib, bundan sonra xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. 
Ölümün rəsmi səbəbi məlum deyil. Mətbuatın yazdığına görə, o, infarktdan dünyasını dəyişib.
Gundelik-Baku.Org