Tələbə qız burun əməliyyatından sonra ÖLDÜ

Tələbə qız burun əməliyyatından sonra ÖLDÜ
Kolumbiyalı gənc qız burnunun formasını düzəltmək üçün plastik əməliyyatdan saatlar sonra dünyasını dəyişib.
Xarici KİV xəbər verir ki, 21 yaşlı tələbə Karen Kardenas Bukaramanqadakı klinikalardan birində rinoplastika əməliyyatı keçirib və evə qayıdarkən bir neçə dəfə huşunu itirib.
Yaxınları əməliyyatı edən cərrahla əlaqə saxlayıb və o, müəssisəyə qayıtmağı təklif edib, lakin narahat olan ailə qızı ən yaxın xəstəxanaya aparmaq qərarına gəlib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib, burada həkimlər əvvəlcə onu reanimasiya edə biliblər, lakin Kardenas huşunu itirməyə davam edib və nəticədə o, intubasiya edilib.
Sonradan qurbana nəfəs almağı çətinləşdirən daxili qanaxma diaqnozu qoyulub. Həkimlər ağciyərlərdə, nəfəs borusunda və yemək borusunda maye aşkar ediblər.
Kolumbiyalı tələbənin qardaşı "Həkimlər əllərindən gələni etdilər, lakin altı ürək dayanmasından sonra bacım vəfat etdi", - deyib.
Ailə buna görə hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.
Gundelik-Baku.Org