Çexiyada magistral yolda 40 avtomobil toqquşub

Çexiyada magistral yolda 40 avtomobil toqquşub
Cümə günü Çexiyada Praqadan respublikanın şərqinə gedən ekspress yolda zəncirvari avtomobil qəzası baş verib. Nəticədə 40 avtomobilə ziyan dəyib.
Hadisə ölkənin cənub-şərqindəki Brno şəhəri yaxınlığında baş verib. Praqadan 170-180 km şərqdə 38 avtomobil və iki yük maşını toqquşub.
Qəza nəticəsində iki nəfərin yaralandığı məlum olub. Magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Zəncirvari qəzası sıx duman şəraitində baş verib. Polis hadisənin təfərrüatını araşdırır.
Gundelik-Baku.Org