Repçi qətlə YETİRİLDİ

Repçi qətlə YETİRİLDİ
"PnB Rock" ləqəbi ilə tanınan amerikalı repçi Rakim Allen öldürülüb.
Hadisə Los-Anceles şəhərində baş verib. Şübhəli şəxs restoranda sevgilisiylə yemək yeyən 30 yaşlı repçiyə hücum edərək üzərindəki qızıl-zinət əşyalarını götürməyə çalışıb və onu güllələyib. Cinayətkar atəşdən sonra dərhal hadisə yerindən qaçıb
"PnB Rock" təcili olaraq ən yaxın xəstəxanalardan birinə aparılsa da, onun ürəyi dayanıb. 
Gundelik-Baku.Org