Şahruddinin vəziyyəti necədir?

Şahruddinin vəziyyəti necədir?
Ötən gün “Turan Tovuz”la oyunda zədələnən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev durumu barədə paylaşım edib.
Qapıçı instaqram paylaşımında vəziyyətinin yaxşı olduğunu qeyd edib:
“Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər Tovuz”. 
Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda “Turan Tovuz”la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Oyunun sonuna yaxın komanda yoldaşı Bədavi Hüseynovla toqquşan Şahruddin Məhəmmədəliyev boynu üstə yerə düşüb. O, oyunu davam etdirsə də, matçın final fitindən sonra meydanı xərəkdə tərk edib.
Gundelik-Baku.Org