Terrorizm yuvası DARMADAĞIN edildi - 13:00-da... - ŞOK DETALLAR

Terrorizm yuvası DARMADAĞIN edildi - 13:00-da... - ŞOK DETALLAR
“Azərbaycan silahlı qüvvələrinin sentyabrın 19-da həyata keçirdiyi lokal anti-terror tədbirləri sentyabrın 20-də saat 13.00-da başa çatdı. Konkret razılaşma əldə edildi. Razılaşmanın şərtləri bəllidir. Ən əsası budur ki, xunta rejiminə son qoyuldu”.
Bu fikirləri millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, Azərbaycan üçün təhlükə mənbəyi aradan qaldırılıb:
1675066928156108288263d77e301e294.png (385 KB)
“Azərbaycan ordusu növbəti tarixi zəfərə imza atdı. Müzəffər prezidentimizin rəhbərliyi altında yenilməz ordumuz və dəmir yumruğa çevrilmiş xalqımızın birgə səyləri Azərbaycanın vaxtilə işğal altında olan ərazilər üzərində tam suverenliyin əldə olunmasına gətirib çıxardı. Yeni reallıqlar yaranıb. Bunun ən mühüm göstəricisi ondan ibarətdir ki, regionda əsas təhlükə mənbəyi aradan qalxıb, terrorizm yuvası darmadağın edilib. Bundan sonra Qarabağda yaşayan ermənilər rahat nəfəs ala bilərlər. Onlar Qarabağdakı separatçı xunta rejimin girovunda idilər”.
Millət vəkili bildirdi ki, əsas məsələ Qarabağda yaşayan ermənilərin reinteqrasiyasıdır:
“Azərbaycan prezidenti xalqa müraciətində qeyd etdi ki, biz bir neçə dəfə təşəbbüslə çıxış etmişik, lakin separatçı rejim buna mane olurdu. Nəhayət ki, bunun üçün unikal şans yaranıb, Yevlax şəhərində görüş keçirilib. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycanın bütün vətəndaşları kimi eyni hüquqlara malik olacaqlar. Yəni Qarabağ erməniləri üçün də gələcəyini təmin etmək şansı qazanıb. Cənubi Qafqaz hər zaman təhdidlər, toqquşmalar meydanı olan olub, artıq yeni şərait yaranır. Biz buna son qoyulmasını istəyirik. Biz sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. Yeni şəraitin buna imkan yaradacağına ümid edirik. Ermənistandan da müəyyən müsbət siqnallar gəlməkdədir. Ümid edirik ki, həllini gözləyən məsələlərdə tam ortaq məxrəcə gələ biləcəyik. Regionda dayanıqlı, uzunmüddətli sülhün təminatı naminə sistemli addımlar atılacaq. Prezidentin köməkçisi Hikmət Hacıyev də bildirmişdi ki, Ermənistanla sülh danışıqları prosesində bir çox məsələlərdə razılaşma əldə edilib. Xunta rejiminə son qoyulması, erməni silahlı qüvvələrinin tərk-silah edilməsi fonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın perspektivdə imzalanmasına dair ümidlər kəskin şəkildə artıb. Bu, Cənubi Qafqaza sülhün, əmin-amanlığın gəlişi deməkdir”.
Gundelik-Baku.Org