E.Nəsirov “Avropanın Azərbaycana diqqəti təkcə qazla bağlı deyil” – özəl

E.Nəsirov “Avropanın Azərbaycana diqqəti təkcə qazla bağlı deyil” – özəl
Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində yeni, həm də yeganə alternativ enerji mənbəyidir.
Bunu news365.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi dönəmində Avropanın enerji təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət daşıyır. Adətən Aİ ölkələrinin ildə 500-550 milyard kub metr qaza tələbatı var, onun da təxminən ildə 150 milyard kub metrini də Rusiya ödəyirdi. Lakin məlum müharibə fonunda qərbin Rusiya qazından imtina etməsi qaza olan tələbatı kəskin şəkildə artırıb. Belə olan halda Avropanın Azərbaycana olan baxışları artıq yeni məna kəsb edir. Bu ondan ibarətdir ki, Avropa Azərbaycandan qaz alışını iki dəfə artırmaq istəyir.
Keçən il Avropa ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalandı. Enerji dialoqunun əsası qoyuldu. Bununla da Tanap layihəsiylə ildə 16 milyard kub metr qaz ötürürdüksə bunu 30 milyarda çatdırılması, TAP layihəsində isə 10 milyardı 20 milyarda çatdırılması hədəf seçilib. 2027-ci ilə qədər Azərbaycan Avropaya minimum 20 milyard kub metr qaz satışını həyata keçirməyi planlaşdırir.
Millət vəkili deyir ki, Avropanın Azərbaycana diqqəti təkcə qazla bağlı deyil, alternativ enerji mənbələriylə də bağlıdır.
Prezident İlham Əliyev Davos iqdisadi forumunda da bəyan etdi ki, Azərbaycanın bu sahədə böyük potensialı var.
Təsadüfi deyil ki, fevralın 3-də Bakıda cənub qaz dəhlizi layihəsi çərçivəsində nazirlərin 9-cu görüşü keçirildi. Eyni zamanda yaşıl enerji layihəsi çərçivəsində də məşvərət şurasının da toplantısı baş tutdu. Bu toplantılar bir daha Azərbaycanın enerji potensialını, Azərbaycanın imkanlarını cənab prezident bir daha diqqətə çatdırdı.
E.Nəsirov deyir ki, Azərbaycan bu gün Avropanın enerji təminatında əvəzedilməz rola malikdir. Bunu dünya da bu cür qəbul edir.
Gundelik-Baku.Org