“Ermənilər dirilərə deyil, ölülərə müharibə elan ediblər” — Elman Nəsirov

“Ermənilər dirilərə deyil, ölülərə müharibə elan ediblər” — Elman Nəsirov
“Dünya erməni vəhşiliyinin növbəti təzahürünə şahidlik edir. Bu dəfə ermənilər Xankəndi yaxınlığında, Basarkeçər ərazisində azərbaycanlılara məxsus qəbirstanlıqda məzarlıqda baş daşlarını dağıdır, qəbirləri uçurur. Bununla da, azərbaycanlılara olan nifrətlərini ifadə edirlər. Yəni, artıq ermənilər dirilərə deyil, ölülərə müharibə elan ediblər”. 

 Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, bunun adı beynəlxalq terrorizm deyil.
“Bu, beynəlxalq terrorizmdən də o yana gedən hadisədir. Hələ termonologiya baxımından yəqin ki, sivil dünya ona ad tapıb qoymayıb. Terrorçunun hədəfində diri insanlardır. Terrorçular heç bir zaman ölüyə qarşı mübarizə aparmırlar, ölünün hədəf seçmirlər. Terrorçunun hədəfi diri insanlardır. Ermənist da isə terrorizm özünün inkişafınə görünür ki, növbəti yeni mərhələsinə daxil olub. Təkcə diri insanlar deyil, həm də ölüləri hədəfə alıblar. Yəni, artıq bu postterrorizm dövrüdür, postterrorizm mərhələsidir və bunun da baniləri ermənilərdir. Bu acizliyin və qeyri-insani davranışın pik nöqtəsidir. Döyüş meydanında təslim olan, ağ bayraq bayraq qaldıran, 10 mindən çox əsgəri fərrari olan, kapitulyasia aktına imza atan Ermənistan və onun ali  siyasi hərbi rəhbərliyi,  əslində bu gün tamamilə növbəti bəşəri cinayətə imza atmaqla məşğuldur. Onlar çox gözəl dərk edirlər ki, Azərbaycan dövləti güclüdür və hər gün daha güclənir. Xüsusilə, Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının son toplantısında çox sərt bəyanatlarla çıxış etdi. Ermənistana çox sərt ismarıclar göndərdi və bildirdi ki, tamamilə Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin çıxarılmalıdır. Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında rabitə əlaqə bərpa edilməldiir. Bizim də səbrimizin sonu var. Əgər bu dinc yolla olmayacaqsa, onda “Dəmir yumruq” yerindədir. 

Ermənistan bunu dərk etsin, başa düşsün. Ermənistan bunlara getməsə, onda müharibə yenə labüdləşir. Və bu Ermənistanın əslində sonunun başlanğıcı ola bilər. Belə olan vəziyyətdə aciz, müti Ermənistan siyasi rəhbərliyinin tapşırığı ilə indi də Xankəndi yaxınlığındakı azərbaycanlılara məxsus qəbirstanlıqda belə vandalizm, barbar hərəkətlər törədilir. Əslində bu hərəkətləri ermənilər öz simasını və əslində bütün simasızlığını bütün dünyaya nümayiş etdirmiş olurlar. Əgər bu hərəkətlərinə son qoymasalar, Cənab Prezidentin onların qarşısında irəli sürdüyü tələbləri icra etməsələr, onda vay onların halına“.
Gundelik-Baku.Org