İranın pozuculuq fəaliyyəti sülhə maneə törədir – Elman Nəsirov

İranın pozuculuq fəaliyyəti sülhə maneə törədir – Elman Nəsirov
"Əldə edilmiş razılaşmaların dondurulması prosesi getməkdədir".

Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Elman Nəsirov səsləndirib.
 
“Torpaqlarımızın 30 il ərzində işğal altında olduğu dövrdə münaqişənin dondurulması siyasəti həyata keçirilirdi. İndi də postmünaqişə dövründə, yəni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində də yenidən dondurulma siyasətinə qayıdış edilib. Burada ya əldə edilmiş razılaşdırmaların icrasının minimuma endirilməsi, ya da onun ümumiyyətlə icrasının dayandırılması tendensiyası müşahidə olunmaqdadır”, - deyə deputat əlavə edib.
Gundelik-Baku.Org