“Sülh sazişi məsələsində Rusiyanın Ermənistana təsir imkanları daha çoxdur”- Deputat

“Sülh sazişi məsələsində Rusiyanın Ermənistana təsir imkanları daha çoxdur”- Deputat
“Sülh sazişi ilə bağlı məsələlərdə Rusiyanın Ermənistan üzərində təsir imkanları daha böyükdür”.
Bunu açıqlamasında deputat Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, ABŞ-dan Ermənistana konqresmenlər gələ, okeanın o tayından ermənipərəst bəyanatlar verilə bilər: “Fransa əhalisi Makronun istefasını tələb edərkən, o, hər şeyi unudub Ermənistanla maraqlana bilər. Lakin reallıq budur ki, onların Ermənistana təsir etmək mövzusunda Rusiya qədər potensialları yoxdur. Bu ölkələrin Ermənistanda nə hərbi bazaları var, nə orda sərhədləri ABŞ və Fransanın silahlı qüvvələri qoruyur, nə də Ermənistanın mütləq əksəriyyətini öz nəzarətinə alıblar. Yəni, bütün bunlar göstərir ki, Rusiyanın Ermənistana təsir və təzyiq etmək potensialı daha yüksəkdir”.
Deputat qeyd edib ki, təkcə qarşıdan gələn qış mövsümündə Ermənistana verilən qazın kəsilməsi və ya qiymətin Avropa ilə eyniləşdirilməsi onlar üçün böyük fəlakət olar”.
E.Nəsirov bildirib ki, yalavac Ermənistan üçün bundan böyük zərbə ola bilməz: “Ona görə də mən hesab edirəm, tənzimləmə prosesində dövlətimizin mövqeyi belədir ki, iki tərəfli format həlledicidir. Danışıqları Azərbaycan və Ermənistan aparmalıdır. Amma digər tərəflər bu məsələyə dinamika vermək istəyirlərsə, biz buna da açığıq. Lakin dediyim kimi, Ermənistana sülh sazişini imzalatmaqda Rusiyanın təsirləri böyükdür. Lakin qeyd edim ki, bu məsələyə dinamika vermək istəyən tərəflər, yəni, həm Rusiya, həm də Avropa İttifaqının timsalında Qərb Cənubi Qafqaz mövzusunda düşmən tərəflərdir. Yəni siz təsəvvür edin, düşmən tərəflər sülh məsələlərini həll etmək istəyirlər. Vəziyyət qəlizdir”.
Gundelik-Baku.Org