"Ermənistanla danışıqlar davam edəcək" - Çavuşoğlu

"Ermənistanla danışıqlar davam edəcək" - Çavuşoğlu
Biz həmişə silahın həll yolu olmayacağını demişik və bunu deməkdə davam edirik. 
Bunu Türkiyə lideri ilə nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 
Çavuşoğlu Hindistan və İranın Ermənistana silah yardımı ilə bağlı qeyd edib: "Silahların həll yolu olmayacağını hər zaman demişik və deyirik. İndi hamı sülh və sabitlikdən danışmalıdır. Ermənistanla əlaqələri yaxşılaşdırmaq üçün danışıqlar davam edir və davam edəcək", - XİN rəhbəri bildirib. 
Gundelik-Baku.Org