Ekspert: “Makronun ermənipərəst bəyanatları rəsmi Paris və Bakı arasında münasibətlərə təsir edir”

Ekspert: “Makronun ermənipərəst bəyanatları rəsmi Paris və Bakı arasında münasibətlərə təsir edir”
 "Fransa vasitəçi rolunu oynamaq istəyirsə, qiymətləndirmə faktlara və reallığa əsaslanmalıdır. Fransa Prezidenti Emmanuel Makronun bu cür açıq-aşkar ermənipərəst bəyanatları birbaşa Paris və Bakı arasındakı ikitərəfli münasibətlərə təsir edir. Hesab edirəm ki, reallığı görmək və ermənilərin törətdiyi vəhşilikləri etiraf etmək üçün Fransa diplomatik vasitələrdən istifadə etməlidir”.

Bunu Pakistanın Birgə Gələcək Cəmiyyəti (CGSS) Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.

O deyib ki, Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə yardım etmək istəyirsə, neytral siyasət yürütməlidir, lakin bu, baş vermir.

Onun sözlərinə görə, törənilmiş cinayətlərə və atəşkəs rejiminin pozulmasına görə Ermənistanın məsuliyyət daşıması üçün beynəlxalq ictimaiyyət daha sayıq olmalı və fəal rol oynamalıdır: “Bütün region ölkələrinin sülh, qlobal inkişaf və ümumi rifah naminə səy göstərməsinin vaxtı yetirişib".

Xatırladaq ki, son zamanlar Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Gundelik-Baku.Org