Ermənistanda 2 deputat istefa verdi - YENİLƏNİB

Ermənistanda 2 deputat istefa verdi - YENİLƏNİB
Ermənistan Milli Assambleyasının daha bir deputatı istefa verib. 
Bu barədə erməni deputat Mxitar Zakaryan özü bəyanat yayıb. 
O, yazılı açıqlamasında bildirib: "Ermənistan və Artsax bu gün ciddi problemlərlə üz-üzədir. Eyni zamanda Ermənistanın təhlükəsizliyi də risk altındadır. Bunların hamısının təcili həlli lazımdır, lakin onları effektiv və nəhayət həll etmək üçün hər birimiz öz yerində olmalıyıq. Mə "Ermənistan" fraksiyasının deputatı kimi vətənimə daha səmərəli xidmət etmək əzmi ilə deputatlıq fəaliyyətimi dayandırmaq barədə qərar qəbul etmişəm", - Zakaryan bildirib. 
xxx
11:01
Ermənistan Milli Assambleyasının deputatı istefa verib. 
Bu barədə Ermənistan KİV-lərində qeyd olunur. 
Məlumata görə, deputat Vaaqn Hovakimyan 2022-ci il oktyabrın 3-də istefa ərizəsi verib.
"Milli Məclisin reqlamenti" Konstitusiya Qanununun 155-ci maddəsinin 2-ci hissəsinə əsasən, deputat istefa ərizəsi dərc edildiyi gündən bir həftə ərzində yazılı surətdə öz ərizəsini geri götürə bilər. Əks təqdirdə onun səlahiyyətlərinə Milli Məclisin Sədri tərəfindən xitam verilir. 
  • Ermənistanda 2 deputat istefa verdi - YENİLƏNİB

Gundelik-Baku.Org