Rusiya ilə Qərbin üçüncü toqquşma nöqtəsi… – özəl

Rusiya ilə Qərbin üçüncü toqquşma nöqtəsi… – özəl
Ermənistanın siyasi rəhbərliyinin atdığı son addımlar Kremlə qarşı meydan oxumaq anlamındadır.
Bunu news365.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, Rusiyanın strateji müttəfiqi olan, ərazisində Rusiya bazası olan, özü Rusiyanın hakim olduğu KTMT-ninnüzvü olan Ermənistan faktiki olaraq elə addımlar atır ki, bu Ermənistanla Rusiya arasında çox ciddi siyasi qarşıdurmanın yaranması üçün zəmin yaradır.
Biraz da açıq desək Ermənistan rəhbərliyinin göstərişi ilə Gümrüdəki Rusiya bazasının ləğviylə bağlı mitinqlərin keçirilməsi, ardınca KTMT-dən Ermənistanın çıxmasının vacibliyiylə siyasi rəhbərlik səviyyəsində bəyanatların səslənməsinin intensivləşməsi, bütün bunların fonunda Ermənistan Aİ-nin mülki missiyasını dəvət etdi. Güman etmək olar ki, bu mülki missiyadır və müvəqqətidir.
Budafakı mülki missiyanın içərisində Fransa jandarmaları da var. Ermənistanın məsələyə yanaşması belədir ki, onlar jandarma olduqlarından peşəkardırlar və müvafiq işləri görmək üçün, sərhəddə vəziyyətin qiymətləndirilməsi adına çox önəmlidir.
E.Nəsirov hesab edir ki, bu çox təhlükəli ssenaridir. Onlar həm də erməni ictimaiyyətinə belə bir mesaj verirlər ki, biz Avropayla bir yerdəyik, Avropa bizi dəsdəkləyir…
Bu gün dünyada qərblə Rusiyanın toqquşduğu iki mühüm məntəqə var. Bunun birincisi Ukrayna, ikincisi Suriyadır. Faktiki olaraq Ermənistanın atdığı bu addımlar nəticə etibarilə üçüncü toqquşma məkanını formalaşdırır ki, bu da Ermənistandır.
 



Gundelik-Baku.Org