Lukaşenko Zasla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

Lukaşenko Zasla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 1-də KTMT-nin baş katibi Stanislav Zas ilə görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
BELTA xəbər verir ki, dövlət başçısı KTMT-dəki vəziyyətlə bağlı bu və digər mövzulardan danışıb. 
"Bu münaqişəyə (Ermənistan və Azərbaycan arasında) son qoyulmalıdır. Tacikistan-Qırğızıstan sərhəddindəki münaqişələrə də son qoymaq qoymaq lazımdır. Biz KTMT çərçivəsində bu münaqişələri dayandıra bilmərik. Biz KTMT-nin növbəti sessiyasında bu məsələləri çox ciddi müzakirə etməliyik”, - Belarus prezidenti bildirib.
Aleksandr Lukaşenko qeyd edib ki, Rusiya artıq Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanmasında vasitəçidir və bu, kifayət qədərdir. “Müharibə bitdi. Bunun necə bitdiyi aydındır. Tərəflər qərara gəldilər ki, onlara vasitəçi lazımdır. Bu bir normadır, klassikdir. Təbii ki, Rusiyadır. Rusiyaya müraciət ediblər". 
Gundelik-Baku.Org