"Bu, şəxsiyyətimə qarşı təhqiredici addımdır" - Zatulin (YENİLƏNİB)

"Bu, şəxsiyyətimə qarşı təhqiredici addımdır" - Zatulin (YENİLƏNİB)
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistan Respublikasına girişinə qadağa qoyulmasını şərh edib.
O, bunu şəxsiyyətinə qarşı təhqiredici addım olduğunu vurğulayıb:
"Bu, bizim üçün qəfil oldu, Ermənistan Xarici Əlaqələr İdarəsinin rəisindən məktub aldıq. Onlar mənə dedilər ki, mənim səfərim arzuolunan deyil, bəyanatlarım Ermənistan Respublikasına ziyan vurur", - deyə deputat bildirib.
***14:01
Ermənistan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.
Bu barədə erməni KİV-ləri məlumat yayıb. 
Bildirilir ki, Zatulin Ermənistanın daxili siyasi həyatına müdaxilə etməkdə ittiham olunur. Belə ki, o, ictimai çıxışlarında dəfələrlə Ermənistan hökumətini 44 günlük müharibədə məğlub olmaqda günahlandırıb. Bundan başqa, Zatulin Nikol Paşinyanın hakimiyyətdən getməli olduğunu dəfələrlə dilə gətirib.
Gundelik-Baku.Org