Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokadaya ala bilər

Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokadaya ala bilər
Ermənistan Gümrüdəki 102-ci Rusiya hərbi bazasını blokadaya ala bilər. 
Bunu Ermənistan Milli Demokratik Qütb (MDP) siyasi hərəkatının üzvü Vahe Qasparyan deyib. 
Siyasətçinin sözərinə görə, Laçın dəhlizi açılmasa, Ermənistan sözügedən bazanı təhdid edəcək: "Əgər yaxın günlərdə dəhliz açılmasa, o zaman biz xalqımıza müraciət edərək Gümrüdəki hərbi bazanın qarşısını almağa çağıracağıq. Bu məqsədlə Polyus (PDP) Ermənistanda Qarabağın ruslar tərəfindən blokadaya alınması ilə bağlı qiymətləndirmələri bizimlə üst-üstə düşən siyasi dairələrlə müzakirələr aparacaq".
Gundelik-Baku.Org