“İndi Ermənistanın yeni təklifləri ortaya çıxacaq” — Elman Nəsirov

“İndi Ermənistanın yeni təklifləri ortaya çıxacaq” — Elman Nəsirov
"Ermənistanda Rusiya əleyhinə etiraz dalğası yeni məzmun və mahiyyət kəsb etməkdədir".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Millət vəkilinin sözlərinə görə, əgər indiyədək Ermənistan hakimiyyəti KTMT-dən şikayət edirdisə, Rusiya Ermənistan qarşısında götürdüyü mütəffiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham olunurdusa, indi artıq Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının çıxarılmasıyla bağlı etirazlar baş qaldırıb:

"Əslində, bu gün Rusiya-Ermənistan münasibətlərində heç bir zaman qeyd alınmayan kritik vəziyyət yaranıb. Rusiya sülhməramlılarına etiraz daha da artmaqdadır. Paşinyan dəfələrlə açıq şəkildə bildirib ki, sülhməramlılar öz missiyasını yerinə yetirmir. Belə olan vəziyyətdə, indi Rusiya sülhməramlıları ilə bağlı Ermənistanın yeni təklifləri ortaya çıxacaq. Bunlardan biri də rus sülhməramlılarına beynəlxalq mandatın verilməsi məsələsidir. 

Qeyd edim ki, indiyə qədər erməni siyasətçiləri, Ermənistan elitası, ümumiyyətlə, sülhməramlıların dəyişdirilməsi onların beynəlxalq süıhməramlılarla əvəz edilməsi, ABŞ və Fransadan olan beynəlxalq sülhməramlılarla əvəzlənməsi kimi təkliflərlə çıxış edirdilər. İndi isə BMT mandatında bir beynəlxalq mandatın rus sülhməramlılarına verilməsi təklifi gündəmə gəlib. Bu bir qədər fərqli yanaşmadır. Çünki beynəxalq sülhməramlılarn Qarabağa gəlişi məsələsində həm amerikalılar, həm fransızlar istisna deyildi ki, orda rus sülhməramlıları da iştirak etsin. İndiki şəkildə ABŞ və Fransa variantı deyil, ancaq BMT mandatı altında rus sülhməramlılarının fəaliyyət göstərməsiylə bağlı bir yanaşma var".
Gundelik-Baku.Org