Paşinyanın Soçidəki bu təklifi RƏDD EDİLDİ

Paşinyanın Soçidəki bu təklifi RƏDD EDİLDİ
Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.
Erməni KİV xəbər verir  ki,  bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
Onun sözlərinə görə, amma bu təklif rədd edilib.
Paşinyan sülhməramlıların manatının uzadılması məsələsinin gündəmdə qalacağını da əlavə edib.
“Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”,- Baş nazir deyib.
Gundelik-Baku.Org