Xankəndində keçirilən aksiya məqsədyönlü şəkildə təşkil olunub

Xankəndində keçirilən aksiya məqsədyönlü şəkildə təşkil olunub
Xankəndində ermənilərin etiraz aksiyası keçirməsi məqsədyönlü şəkildə təşkil olunub. Bunu anews.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib.

"Bu öncədən planlanmış sseneradir. Ermənistanın baş naziri Nikol Paşinyan öncə açıqlama verərək dedi ki, rusiya sülhməramlıları Qarabağda 15-20 müddətinə qalsın. Daha sonra dünən Xankəndində böyük bir mitinq təşkil olundu. Bu hadisələr eyni Mərkəzdən idarə olunur. Elə məsələləri gündəmə gətirirlər ki, buna görə ciddi mövqe toqquşması yaranır. Toqquşma olan yerdə də digər məsələlərin müzakirəsi mükünsüz qalır”, - deputat deyib.

Elman Nəsirov hesab edir ki, Soçidə hər hansı razılıqlar əldə olunsa da Paşinyanın onu icra etməsi reallığı azdır. 

"Sülhə gedən dövlət indiki halda Hindistandan silah almazdı. Daha sonra İrandan puaların tədarükü ilə bağlı razılıq əldə etməzdi. Belə başa düşülür ki, Nikol Paşinyan hərbi əməliyyatlar etmək üçün öz hərbi gücünü artırır. Paşinyan sadəcə oyun oynayır və bu gün əsas tapşırıqları qərbdən alır”, - Nəsirov vurğulayıb. 

Siyasi şərhçi Məhsa Mehdili Xankəndində keçirilən aksiyaları boş bir təbliğat adlandırıb.

" Ermənistan həm diplomatik masada, həm də döyüşdə uduzub. Sadəcə Erməni diasporlarının güclü olması nəticəsəndə belə aksiyalar baş verir. Təbliğatdan başqa bir şey deyil. Nikol Paşinyan özü də etiraf edib ki, Qarabağ onlarınd eyil. Bu onların son çırpınışlarıdır. Ciddiyə almaq lazım deyil. Hər şey masada həll olunacaq”, - şərhçi bildirib.
 
Oktyabrın 30-da bazar günü  Rusiya sülhməramlılarının nəzarəti altında olan Xankəndində "Artsax milli assambleyası” adlı qondarma qurumun iclası keçirilib.

"Milli assambleya”nın iclasından sonra "deputatların” hamısı Xankəndi şəhərinin mərkəzi meydanında keçirilən mitinqdə iştirak ediblər və bəyan ediblər ki, son bir neçə ayda baş verən hadisələr, müxtəlif güc mərkəzlərinin və beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeləri onlarda ciddi narahatlıq doğurub.

 Onlar bəyanatlarında bildirib ki, "Artsax” heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq. 

"Bu ideya Azərbaycan-Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməlidir. Ermənistan Respublikasının heç bir orqanının Artsax xalqının təhlükəsizliyini təmin etmək missiyasından imtina etmək və ya suveren Artsax Respublikasının mövcudluğuna şübhə doğuran hər hansı sənədi məqbul hesab etmək hüququ yoxdur. Biz Ermənistan Respublikasının hakimiyyətindən mövcud fundamental sənədlərə, xüsusən Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə və Ali Məhkəmənin tarixi qərarına əsaslanaraq, beynəlxalq platformalarda iki Ermənistan respublikasının ümumi maraqlarını müdafiə etməyi tələb edirik. Bölgəmizdə sülhün və sabitliyin təmin edilməsində Rusiyanın tarixi rolunu nəzərə alaraq, Rusiya Prezidenti V. Putinin birbaşa və fəal iştirakı ilə biz Rusiya Federasiyasına Artsax xalqının təhlükəsizliyini təmin etmək öhdəliyini davam etdirməyə çağırırıq”, - bəyanatda deyilib.

Bu gün - oktyabrın 31-də Rusiyada Azərbaycan Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçirilək. 

Görüşdə  Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasına baxılması və Zaqafqaziyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün gələcək addımların müzakirəsi planlaşdırılır.
 
Həmçinin iqtisadi, nəqliyyat və ticarət əlaqələrinin də müzakirə olunması nəzərdə tutulub. 
 
Rusiya prezidentinin İlham Əliyev və Nikol Paşinyanla ayrılıqda söhbətləri də planlaşdırılır. 

Xankəndində etiraz aksiyalarına cavab olaraq isə Rəsmi Bakı hələ hər hansı bir açıqlama verməyib. 
 
Gundelik-Baku.Org