"Paşinyan buna görə Putinlə çox kəskin danışıb" - Ukrayna

"Paşinyan buna görə Putinlə çox kəskin danışıb" - Ukrayna
Ermənistan hazırda öz səhv tarixi seçiminin əvəzini Rusiyaya ödəyir.
Bunu Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç deyib. 
Ukraynalı siyasətçinin sözlərinə görə, Ermənistan Rusiya tərəfindən dəfələrlə aldadılıb: "Ermənilər Rusiyanın onları qoruyacağına ümid edirdilər. Moskva isə nə müharibə zamanı, nə də müharibədən sonra kömək edib. Əbəs yerə deyil ki, Paşinyan MDB sammitində Putinlə çox kəskin danışdı, onu birbaşa ittiham etdi ki, Rusiya sülhməramlıları bu məqsədlə Qarabağda olarkən onlara kömək etməməkdə və öz vəzifələrini yerinə yetirmirlər". 
Gundelik-Baku.Org