“Qarabağ” dünya reytinqində geriləyib

“Qarabağ” dünya reytinqində geriləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
“Report” IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.
Aktivində 137 xal olan “köhlən atlar” iki pillə geriləyərək 85-ci olublar. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçika “Gent”i 140 xalla 84-cü sıradadır.
İlk üçlükdə 305 xalla “Flamenqo” (Braziliya), 297 xalla “Liverpul” (İngiltərə) və 294 xalla “Palmeyras” (Braziliya) qərarlaşıb.
Gundelik-Baku.Org