Poçettino gəlsə, “Çelsi”yə keçə bilər

Poçettino gəlsə, “Çelsi”yə keçə bilər
“Tottenhem”in hücumçusu Harri Keyn “Çelsi”nin heyətinə qatıla bilər. 
Bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbənin məlumatına görə, hücumçu "Çelsi"yə Keynin "Tottenhem"də birlikdə çalışdığı argentinalı baş məşqçi Maurisio Poçettino rəhbərlik edərsə, "mavilər"ə keçməyi düşünəcək.
İngiltərəli hücumçu ilə transferi üçün təxminən 113 milyon avro təklif etməyə hazır olan "Mançester Yunayted" də maraqlanır."Tottenhem" rəhbərliyi kapitanını "qırmızı şeytanlar"a satmaq istəmir, lakin onun "Çelsi"yə pulsuz keçə biləcəyini anlayır. Bir il sonra onun klubla müqaviləsi başa çatır.
29 yaşlı Keyn bu mövsüm “Tottenhem”in heyətində 44 oyunda 25 qol vurub və 5 məhsuldar ötürmə edib.
Gundelik-Baku.Org