Mbappe PSJ-də qalmaq üçün 3 şərt irəli sürdü

Mbappe PSJ-də qalmaq üçün 3 şərt irəli sürdü
PSJ-nin hücumçusu Kilian Mbappe ya gələn yay, ya da 2024-cü ildə klubu tərk edə bilər. Bunun qarşısını almaq üçün futbolçu klubu qarşısında üç şərt qoyub.
Bunlardan birincisi PSJ-nin braziliyalı hücumçu Neymarı satmasıdır. Klub ötən yay Mbappeni razı salmaq üçün braziliyalını satmağa çalışsa da, Neymara PSJ səviyyəsində maaş zəmanəti verə biləcək potensial alıcı tapılmadı.
İkinci şərt müqaviləsi 2024-cü ilin yayında başa çatacaq “Tottenhem”in hücumçusu Harri Keynin Paris klubuna gətirilməsidir.
Üçüncü şərt “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın PSJ-nin baş məşqçisi postuna dəvətdir.
Mənbə: OK Diario
Gundelik-Baku.Org