Müharibə iştirakçısı faciəli şəkildə öldü

Müharibə iştirakçısı faciəli şəkildə öldü
Vətən müharibəsi iştirakçısı yol qəzasında həlak olub.
Hadisə Oğuz rayonun Xaçmaz kəndində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Xaçmaz kənd sakini Səxavət Atakişiyevin idarə etdiyi “VAZ 2107” markalı, 90-EC-487 dövlət nömrə nişanlı minik avtomobil ilə 1965-ci il təvəllüdlü kənd sakini Etibar Usubovun idarə etdiyi traktor toqquşub.
Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü Səxavət Atakişiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb
Qeyd edək ki,  S.Atakişiyev Vətən müharibəsi iştirakçısıdır.
Gundelik-Baku.Org