Avtomobil beton piltələrə çırpıldı: Ölən var

Avtomobil beton piltələrə çırpıldı: Ölən var
Bakı-Ələt yolunda avtomobil qəzası olub. 
Hadisə Qaradağ rayonunun Ələt qəsəbəsi ərazində baş verib. 
Belə ki, Rizvan Tapdıq oğlu Vəliyev “VAZ-21074” markalı avtomobillə Bakı istiqamətində hərəkət edən zaman idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı beton piltələrə çırpılıb.
Nəticədə maşında olan sərnişinlərdən İmamqulu Rizvan oğlu Vəliyev hadisə yerində ölüb, Aysel Bəxtiyar qızı Vəliyev isə xəsarət alaraq Bakı Şəhəri Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. 
Faktla bağlı araşdırılma aparılır.
Gundelik-Baku.Org